Canlı
BMT: “Azərbaycan cins nisbətinin pozulmasına görə qarşısı çox çətin alınan problemlərlə üzləşə bilər”

2018-10-11 / 12:03

11 oktyabr Beynəlxalq Qız övladları günüdür. BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyin məlumatına görə, doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olar ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər. Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. 11 oktyabr həm də Dünya Görmə Günüdür.

Ruhəngiz Hacızadə