"Bizim qisasımız döyüş meydanında olacaq" - Prezident İlham Əliyev
2020-10-14 15:00
"Ermənistanın bu xain hücumunun səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər". Bunu Prezident İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində bildirib. "Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi" - deyə dövlət başçısı vurğulayıb.
Vəfa Şairova