2021-02-26 14:00
“44 davam edən ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək, o cümlədən Xocalı qurbanlarının qanını da aldıq”. Bunu Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bu gün Azərbaycan öz fəaliyyəti ilə bölgənin gələcək inkişafına töhfə verir, bölgədə sabitliyin tam bərqərar olması üçün əməli-praktiki addımlar atır. Müharibə dövründə Ermənistan rəhbərliyindən ədavət, nifrətlə dolu açıqlamalar verildiyini də söyləyən dövlət başçısı qeyd edib ki, bizim erməni xalqı ilə işimiz yoxdur. Azərbaycanda minlərlə erməni yaşayır və müharibə dövründə erməni əsirlərlə bizim davranmağımız bunu bir daha göstərir.
Vüsalə Camal