"Biz Zəngəzur dəhlizinin reallaşdırılmasını istəyirik" Prezident İlham Əliyev
Biz Ermənistanın ritorikasında dəyişikliklər görürük. İndi onlar deyirlər ki, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirlər. Biz bunu dəstəkləyirik. Bu iki proses - Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması paralel aparılsın” Bu fikirləri Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşdırılması, sərhədlərin delimitasiyasının tərəfdarıdır. "Biz ərazilər istəmirik və müharibə arzulamırıq. İstəsəydik, bunu edərdik” - deyə prezident vurğulayıb.