2020-11-15 14:09
Biz hal-hazırda koronavirus adlı gözəgörünməz düşmənlə mübarizə aparırıq. Covid-19dan qorunmaq üçün məsafə saxlayaq, tibbi spirt və maskadan istifadə edək, əllərimizi ən azı 20 saniyə olmaqla mütəmadi olaraq yuyaq, ehtiyac yaranmadığı təqdirdə evdən çıxmayaq. Həmçinin quru öskürək, yüksək hərarət və s. kimi simptomlarla qarşılaşdıqda dərhal həkimə müraciət edək. Görünməyən düşmənlə apardığımız mübarizədə özümüzü qorumaqla Vətəni müdafiə edək! Çünki gücümüz birliyimizdədir! Hələlik bu qədər. Ən son xəbərlərlə saatın tamamında eşidiləcəyik. Əgər siz də baş verən hər hansı bir hadisənin, hansısa xəbərin şahidi olmusunuzsa, xəbərdarsınızsa, bizim (055) 225-96-60 nömrəli qaynar xəttimizlə əlaqə saxlaya bilərsiniz. Yaşasın şanlı Azərbaycan. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Fərid Mehdiyev