Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik - Prezident İlham Əliyev

2021-05-28 10:00

Biz Dağlıq Qarabağ münaqişəsini həll etmişik. Beynəlxalq qurumların leksikonunda Dağlıq Qarabağ sözü yoxdur. Ermənistanda da bu reallıqla barışmağa məcburdurlar. Bu sözləri prezident İlham Əliyev Zəngilanın Ağalı kəndinin sakinləri ilə görüşündə deyib. Dırnaqarası “Dağlıq Qarabağ”ın statusundan söhbət getmədiyini, Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi və hüquqları qədər önəmli olduğu və burada hansısa xüsusi imtiyazın mümkünsüzlüyünü vurğulayıb. “Ermənistandakı revanşistlərə elə gəlir ki, əgər onlar hakimiyyətə gəlsələr, nə isə əldə edə bilərlər. Qətiyyən yox! Əksinə, əgər istəmirlərsə ki, onların başı bir daha əzilsin, otursunlar və bu tərəfə heç baxmasınlar. Biz hələ ki, səbirlə bu mənzərəni izləyirik. Hər an onların dərsini verməyə bir daha hazırıq” – deyən dövlət başçısı son Brüssel görüşündə dəmir və avtomobil yollarının Mehridən, Zəngəzurdan keçməsinin müəyyən olunduğunu xatırladıb.

Vüsalə camal

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik