Birləşmiş Millətlər Təşkilatı mülki şəxslərə edilən hücumları kəskin şəkildə qınayıb
2020-10-17 10:06
Birləşmiş Millətlər Təşkilatı mülki şəxslərə edilən hücumları kəskin şəkildə qınayıb. Qurumun bəyanatında deyilir ki, təşkilat Ermənistan və Azərbaycan arasındakı münaqişədən və mülki əhaliyə hücumdan çox narahatdır. Ermənistanın Gəncəyə raket hücumu ilə əlaqədar Baş katib Antonio Guterreş davam edən qarşıdurmadan çox narahat olduğunu deyib. Guterreş BMT-nin humanitar yardıma hazır olduğunu və istənildiyi təqdirdə tərəflərlə işləməyə hazır olduğunu bildirib. “Mülki insanların yaşadığı bölgələrə qarşı hər hansı bir hədəfi və hücumu şiddətlə qınayırıq”, – deyə bəyənatda bildirib.
Fərid Mehdiyev