Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın qələbəsini qeyd ediblər
2020-11-17 12:04
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycanın tarixi qələbəsi münasibətilə silsilə tədbirlər keçiriblər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Ali Baş Komandan İlham Əliyevə və torpaqlarımızın azadlığı uğrunda rəşadətlə mübarizə aparan ordumuza minnətdarlıq ifadə olunub, şəhidlərimizin xatirəsi anılıb. Vətənpərvərlik ruhunda mahnılar ifa edilib.
Fərid Mehdiyev