"Birləşdik - 2024" təlimində iştirak edəcək hərbçilərimiz Qazaxıstandadır
Qazaxıstanın "Oymaşa" təlim poliqonu və Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak burnunda iyulun 11-dən etibarən "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təlimi keçiriləcək. Təlimdə ölkəmizi təmsil edəcək Quru Qoşunlarının komando bölmələrinin bir qrup hərbi qulluqçusu, Hərbi Hava Qüvvələrinin paraşüt-desant və axtarış-xilasetmə qrupu, Su-25 təyyarələri, eləcə də Hərbi Dəniz Qüvvələrinin gözətçi və desant gəmiləri Qazaxıstandadır. Təlimi iyulun 17-dək davam edəcək.
Vüsalə Cənnətova