Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramda 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib
2021-11-08 10:08
Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqramda 8 Noyabr Zəfər Günü ilə bağlı paylaşım edib. "Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun! Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!, - deyə paylaşımda bildirilib.
Nərgiz camal