Birinci vitse-prezidenti Mehriban Əliyeva 27 sentyabr - Anım Günü ilə əlaqədar rəsmi "Xarı bül-bül" gülünün fotosonu paylaşıb
2021-09-27 10:10
Birinci vitse-prezidenti Mehriban Əliyeva 27 sentyabr - Anım Günü ilə əlaqədar rəsmi "İnstagram" hesabında qələbəmizi simvolizə edən "Xarı bül-bül" gülünün fotosonu paylaşıb. "Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş bu cür igid oğullar böyüdüb tərbiyə etmiş valideynlərə təşəkkürümü bildirir, Uca Tanrıdan onlara səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca Tanrı hər zaman xalqımızı qorusun!" - deyə paylaşımda qeyd olunur.
Nərgiz camal