Birinci vitse-prezident xalqı təbrik edib
2020-10-18 18:00
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında paylaşım edib. "Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm! Yaşasın Azərbaycan xalqı və Azərbaycan Ordusu! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!" - deyə paylaşımda qeyd olunub.
Fərid Mehdiyev