2020-11-09 10:08
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərinin azad olunması münasibətilə rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda Azərbaycan xalqını təbrik edib. İllərdir davam edən həsrət, faciəli hadisələrdən sonra tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb. “Vətənimizi müdafiə edən və əzəli Azərbaycan torpaqlarını işğaldan azad edən qəhrəmanlar nəslinin bugünkü igidlikləri Azərbaycan tarixinə əbədi daxil olacaq və hər birimizin yaddaşında həmişəlik qalacaq!” – deyən birinci xanım Azərbaycan əsgərlərinin qələbə əzmindən yazıb. “Qoy bizim bütün uğurlarımızın və nailiyyətlərimizin, qələbələrimizin qarantı olan xalq-Prezident birliyi günbəgün möhkəmlənsin! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!" – deyə Mehriban Əliyeva vurğulayıb.
Fərid Mehdiyev