Birinci vitse-prezident Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

2019-11-09 12:03

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə rəsmi “İnstagram” səhifəsində Azərbaycan xalqını təbrik edib. Paylaşımda qeyd edilir: “9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi təbrik edirəm! Qoy, üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalansın. Xalqımıza cansağlığı, səadət, xoş günlər və sevgi, Vətənimizə isə rifah, sülh və tərəqqi arzulayıram!”.

Ruhəngiz Hacızadə