Birinci vitse-prezident Bəhram Bağırzadə ilə bağlı paylaşım edib
2020-06-16 18:03
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Bəhram Bağırzadə ilə bağlı paylaşım edilib. " Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq və biz birgə layihələrimiz və ideyalarımız üzərində işimizə davam edəcəyik. Tanrı xəstəliklə mübarizə aparan hər kəsə kömək olsun. Həkimlərimizə və bütün tibb işçilərimizə minnətdaram və onlara sonsuz təşəkkürümü bildirirəm"- deyə paylaşımda qeyd edilib.
Fərid Mehdiyev