Birinci sinfə qəbulla əlaqədar məktəb seçimi başlayır
2020-03-13 10:03
Bu gün saat 11-dən birinci sinfə qəbulla bağlı məktəb seçimi başlayır. Elektron qeydiyyat mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir. Qeyd edək ki, 2020-2021-ci dərs ili üzrə bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün qeydiyyat isə martın 10-da başlayıb. Bu gün etibarən isə valideynlər məktəb seçimini həyata keçirə bilərlər.
Fərid Mehdiyev