Birinci Qarabağ müharibəsinin şəhidləri doğma yurdlarında dəfn olunublar
Birinci Qarabağ müharibəsində əsir götürülmüş, əsirlikdə öldürülən, 33 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhid Rəhim Rəsulovun qalıqları ailəsinə təhvil verilib. Sumqayıtda baş tutan vida mərasimindən sonra şəhidin qalıqları Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhid İbrahim Vəliyevin nəşi isə İmişli Şəhidlər xiyabanında dəfn olunub.
Zülfiyyə Telmanqızı