Birinci Qarabağ müharibəsinin 3 şəhidi dəfn edilib
Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Yaşar Kərimovla Neftçalada vida mərasimi keçirilib. Şəhidin nəşi Qaramanlı kəndində dəfn olunub.
Akif Abbasovla isə Daşkəsən rayonunun Əhmədli kəndində vida mərasimi olub. Onun nəşi Gəncə Şəhidlər xiyabanında dəfn olunub.
Aydın Qurbanovun nəşinin qalıqları isə Maştağa qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Fərid Mehdiyev