Birinci Qarabağ müharibəsinin 2 şəhidi Xaçmazda dəfn olunub
Birinci Qarabağ müharibəsinin şəhidi Hörmət Baratov Xaçmazın Nərəcan kənd qəbiristanlığında dəfn olunub. Şəhid 1994-cü il aprelin 18-də Ağdamın Güllücə kəndində itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Şahlar Ağayev isə Xaçmazın Ağçay kəndində torpağa tapşırılıb. Ağayev 1992-ci il iyulun 19-da Ağdərə rayonunda itkin düşmüşdü.
Vüsalə Cənnətova