Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər dəfn ediliblər
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid İdris Baxışovun qalıqları Qubanın Qənidərə kəndində dəfn olunub.
Səfiyyə Rəhimova və Müsaddin Rəhimovun qalıqları isə Saatlının Orta Muğan kəndində torpağa tapşırılıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Uğur Dadaşov, Rəhim Doluxanov, Telman Tağıyev, Sərvər Abbasov, Ədalət Məmmədov və Qərib Mustafayev də Xocavəndin Qaradağı kəndindəki Şəhidlər Xiyabanında dəfn ediliblər.
Fərid Mehdiyev