Birinci Qarabağ müharibəsinin daha 2 şəhidi doğma rayonunda torpağa tapşırılıb
Tərtərdə naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Namiq Cəfərovun meyitinin qalıqları Saatlının Şəhidlər Xiyabanında, Zakir İsaqovun qalıqları isə Zərdabın Təzəkənd kənd qəbiristanlığında dəfn olunub. Namiq Cəfərov və Zakir İsaqov 1992-ci ilin sentyabrında Ağdərə rayonunda itkin düşüb.
Vüsalə Cənnətova