Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan daha bir şəhid torpağa tapşırıldı
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elman Xurşud oğlu Cavadovun meyitinin qalıqları Sumqayıt şəhərinə aparılaraq, ailəsinə təhvil verilib. Elman Cavadov vida mərasimindən sonra Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Aterk kəndində itkin düşmüşdü.
Zülfiyyə Telmanqızı