Bir sıra məhkəmələrə hakimlər və kollegiyalara sədrlər təyin olundu
Prezident İlham Əliyev apellyasiya məhkəmələri, məhkəmə kollegiyası, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən Taleh Məhəmmədəli oğlu Mustafayev Gəncə Hərbi Məhkəməsinin hakimi, Gündüz Əhməd oğlu Şirinov Gəncə Kommersiya Məhkəməsinin,Tərlan Vaqif oğlu Nüsrətov Xankəndi Şəhər Məhkəməsinin, Nural Turab oğlu Əliyev Samux Rayon Məhkəməsinin hakimi və sədri, Quliyev Nuru Nadir oğlu Şəki Apellyasiya Məhkəməsini, Rafail Əyyub oğlu Əliyev isə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilirlər.
26 may 2026

