Bir qrup ukraynalı tələbə Azərbaycanda reabilitasiya xidmətlərinə cəlb olunub
Ukraynadan 33 tələbə Azərbaycana gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunur.8 günlük proqram çərçivəsində iştirakçılar qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eləcə də psixo-sosial təlimlər və ustad dərslərinə cəlb edilirlər.Proqram zamanı gənclərə Azərbaycan mədəniyyəti, tarixi, incəsənəti və milli mətbəxi ilə tanışlıq imkanı da yaradılır.Məqsəd onların emosional vəziyyətinin yaxşılaşdırılması və cəmiyyətə inteqrasiyasına dəstək göstərməkdir.İndiyədək Ukraynadan təxminən 400-ə yaxın uşaq və gənc Azərbaycanda bu cür reabilitasiya proqramlarına cəlb olunub.
07 may 2026

