Bir aya səyyar gübrə satışından 2756 vətəndaş yararlanıb

2019-10-15 14:02

Sentyabrın 10-dan indiyədək Şəmkir, Gədəbəy, Samux, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy kimi bir sıra rayonlarda 240 kənddə səyyar gübrə satışından 2756 vətəndaş yararlanıb. Proses mövsümün sonuna kimi davam etdiriləcək. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə “Aqrolizinq” ASC-dən 70 faiz güzəştdən yaralanmaqla mineral gübrə əldə edə bilərlər.

Vüsalə Camal