Bir ailənin 9 üzvü qidadan zəhərlənib
Lənkəranın Osaküçə kəndində bir ailənin 9 üzvü qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən 3-ü uşaqdır. Tibbi yardım göstərildikdən sonra ailə üzvləri öz istəkləri ilə evə buraxılıblar. İlkin məlumata görə, ailə üzvləri evdə hazırlanmış plov və konservləşdirilmiş pomidor qəbul etdikdən sonra özlərini narahat hiss ediblər.AQTA hadisə ilə bağlı araşdırmaya başlayıb.
12 noyabr 2026

