Binəqədidə sexdəki partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir
Xilasedicilər tərəfindən paytaxtın Binəqədi rayonu, Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu saatadək dağıntılar altından 3 nəfər salamat çıxarılıb, 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Vüsalə Cənnətova