Biləsuvarda narkokuryerlər saxlanılıb
Biləsuvarda silahlı şəxs və narkokuryerlərə qarşı əməliyyat keçirilib. Nəticədə Sabirabad sakini Elburus Quliyev, paytaxt sakini Təhmuraz Kazımov və Salyan sakini Hüseyn Əliyev saxlanılıblar. Onlardan ümumilikdə 4 kiloqrama yaxın metamfetamin və tiryək aşkar olunub.
Şirvan sakini Vüsal Məmmədovdan isə “Beretta" markalı tapança, 5 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkarlanıb.
Saxlanılan şəxslər həbs edilib.
Fərid Mehdiyev