Biləsuvarda evdə yıxılan qadın xəstəxanada vəfat edib
Biləsuvarın Nərimankənd kəndində 60 yaşlı Zərxara Quliyeva yaşadığı evdə yıxılaraq sınıq xəsarətləri alıb. Qadına Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilən zaman, keçinib. İlkin məlumata görə, infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.