Biləsuvarda 4 nəfər dəm qazından zəhərlənib, 1-i ölüb
Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünləri üçün inşa edilmiş 2 saylı qəsəbədə yaşayan Allahverdiyev Yusif Xalıqverdi, Ağayev Coşqun Zakir, Ağazadə Zahir Yavər oğlu və Şəbnəm Allahverdiyeva dəm qazından zəhərlənib. Onlar xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Şəbnəm Allahverdiyeva ölüb.
Vüsalə Cənnətova