Bilet satışının bitməsinə 8 gün qalıb

2019-03-14 / 16:19

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının bitməsinə 8 gün qalıb. Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərindədir.

Vüsalə Camal