Biləsuvarda qanunsuz ov edən kənd sakinləri saxlanılıblar
2020-09-12 12:08
Biləsuvarın Mahmudçala adlanan ərazisində qanunsuz ov edən Xırmandalı kənd sakinləri Ş.Cəfərov və B.Teymurov saxlanılıblar. Onlardan sənədləri olmayan 2 ədəd “İj” markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən digər alətlər və 20 ədəd qanunsuz olaraq ovladıqları çöl quşu götürülüb. Həmin quşlardan 3-ü adı “Qırmızı kitab”a düşən Sultan toyuğudur.
Vəfa Şairova