Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb

2019-07-11 12:08

Biləsuvar rayonunda qarpızdan zəhərlənmə ölümlə nəticələnib. Hadisə rayonun İsmətli kəndində qeydə alınıb. Kənd sakini, 27 yaşlı Cəmilə Əlizadə səhhəti pisləşdiyi üçün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadın qarpızdan zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal