Biləsuvarda narkotacirlər saxlanılıb
2020-01-31 16:06
Biləsuvarda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan rayon sakini Nahid Səliflinin üzərindən 100 qram heroin, 65 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Digər bir əməliyyat tədbiri ilə rayonda saxlanılan Binəqədi sakini İntiqam Abbasovdan 7,5 qram narkotik vasitə tiryək, 6,5 qram qurudulmuş marixuana aşkarlanıb. İ.Abbasovun narkotik vasitələri əldə etdiyi Biləsuvar sakini Bəhruz Şahbazovun avtomobilindən və yaşadığı evdən isə ümumilikdə 15 qramdan artıq tiryək, 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Vüsalə Camal