Biləsuvarda ev yanıb, meyit tapılıb
Biləsuvarda birmərtəbəli 4 otaqlı evin otaqlarının yanar konstruksiyaları və ev əşyaları yanıb. Alov söndürülüb. Hadisə yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.