Biləsuvarda azyaşlının qidadan zəhərlənməsi ölümlə nəticələnib
Biləsuvarın Təzəkənd kəndində bədbəxt hadisə baş verib. 8 yaşlı Tellixanım Məmmədli ağır vəziyyətdə, zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məmmədova dünən ailəsi ilə birgə, ev şəraitində hazırlanan kələm şorabası yeyib. Bundan sonra o özünü pis hiss edib.
Nərgiz Camalzadə