Biləsuvarda azyaşlını maşın vuraraq öldürüb
2020-10-12 14:05
Biləsuvarda azyaşlını maşın vuraraq öldürüb. Rayonun Ağalıkənd kəndi ərazisində Xırmandalı kənd sakini N.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən rayon sakini 11 yaşlı Sadiq Əsgərlini vurub. Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vəfa Şairova