Biləsuvarda 1790 manatlıq oğurluq edən şəxs saxlanılıb
2020-12-02 18:09
Biləsuvarda qapı-pəncərə sexlərinin birindən 1790 manat dəyərində qapı və pəncərə düzəltmək üçün istifadə olunan avadanlıqlar oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini S.Abdallı saxlanılıb. Oğurlanmış avadanlıqların bir qismi həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Nərgiz Camal