Biləsuvarda 1 ailənin 4 üzvü zəhərlənib
2020-02-03 14:05
Bilasuvarın Günəşli kəndində kənd sakini, 62 yaşlı Adil Əhmədov, həyat yoldaşı Cahanşah Xasıyeva və övladları, 29 yaşlı Amil Əhmədov və 23 yaşlı Sevanə Əhmədova qidadan zəhərləniblər. Ailə üzvlərinə rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdikdən sonra vəziyyətləri ağır olduğu üçün Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə göndərilib. Məlumata görə, onlar özlərinin hazırladıqları pomidor turşusundan zəhərləniblər.
Ruhəngiz Hacızadə