Biləsuvar rayonunda yol qəzası baş verib
2021-06-08 10:11
Biləsuvar rayonunda yol qəzası baş verib. "Mitsubishi" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirindən "VAZ" iki yerə parçalanıb. Sürücüsü rayonun Xırmandalı kənd sakini, 1996-cı il təvəllüdlü Mehdiyev Cahid Maarif oğlu və sərnişini, Biləsuvar şəhər sakini, 1996-cı il təvəllüdlü Dəmirli Yunis Elmir oğlu xəstəxanaya çatdırılıb.
Fərid Mehdiyev