Biabırçı kapitulyasiyadan sonra bizə heç kim hörmət etmir
2020-11-23 12:06
Biabırçı kapitulyasiyadan sonra bizə heç kim hörmət etmir. Bunu Ermənistanın müxalif "Respublika" partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb. "Bu sənəddən sonra bütün dünyanın Ermənistana yazığı gəlir. İlk addım hazırkı xuntanı aradan qaldırmaqdır. Əks halda biz geosiyasi appendisitə çevriləcəyik”, - deyə Aşotyan bildirib.
Vəfa Şairova