Bişkekdə Hikmət Hacıyev Alen Simonyanla görüşüb
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanla görüşüb.Hikmət Hacıyev bu barədə “X” hesabında məlumat yayıb. Bildirib ki, Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən görüşündən sonra sülh gündəliyi üzrə müzakirələr Alen Simonyanla davam etdirilib.
01 sentyabr 2026

