Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın müraciəti üzrə qərarı elan ediləcək
Bu gün Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə məhkəmə qərarı elan ediləcək. Qərar Haaqa Sülh Sarayında keçiriləcək iclasda elan olunacaq. Yanvarın 31-də “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinə ünvanladığı müvəqqəti tədbirlərin təyin edilməsinə dair müraciət üzrə ictimai dinləmələr başa çatıb.
Nərgiz Camalzadə