Beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər ediblər
“Türkiyə Gəzginlər Klubu” dərnəyi - beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər edib. Qonaqlar Şuşa Qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, "Güllələnmiş heykəllər" kimi Şuşa şəhərinə məxsus bir sıra tarixi abiləri ziyarət ediblər. Beynəlxalq səyahətçilərin səfərləri azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması üçün təşkil olunub.