Beynəlxalq səyahətçilər Xankəndi-Laçın yolunun humanitar məqsədlər üçün açıq olmasına şahid olublar
Xankəndi-Laçın yolu üzərindəki aksiya beynəlxalq səyahətçilərin də diqqətini çəkib. Dünya səyyahları Şuşada fasiləsiz aksiyada iştirak edən gənclərlə tanış olublar. Böyük Britaniyadan geniş tərkibdə beynəlxalq səyahətçilər yolun humanitar məqsədlər üçün açıq olmasına şahid olublar. Ümumilikdə 12 ölkəni təmsil edən beynəlxalq səyahətçilər Şuşada aksiya iştirakçılarının tələblərini qeydə alıb. Füzuli və Şuşada görülən yenidənqurma işləri ilə tanışlıq da olub.
Nərgiz Camalzadə