Beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər edəcək
Bu gün dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan “Türkiyə Gəzginlər Klubu” dərnəyinin Qarabağ və Şərqi Zəngəzura səfəri baş tutacaq. Səfər üç gün davam edəcək. Hazırda sayca beşinci olan bu səfərlər nəticəsində 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.