Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə, dinc əhaliyə növbəti raket hücumundan 2 il ötür. Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində edilən paylaşımda “Günahsız insanların qurban olmasına görə beynəlxalq ictimaiyyəti Ermənistanı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etməyə çağırırıq”, - yazısı yer alıb. Nazirlik eləcə də sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması, təhqiramiz ifadələrlə Azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktlarının törədilməsini Azərbaycan irsinin məhv edilməsi siyasətinin növbəti bariz nümunəsi olduğunu açıqlayıb. Beynəlxalq ictimaiyyətdən Ermənistan tərəfindən yalnız Azərbaycanın deyil, eləcə də bəşəriyyətin irsinə qarşı törədilən vəhşiliklərlə bağlı susmamaq tələb olunur.