Beynəlxalq voleybol federasiyası yeni reytinq cədvəlini açıqlayıb
2020-04-06 12:07
Beynəlxalq voleybol federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Siyahı voleybol üzrə Azərbaycan milliləri üçün uğurlu alınıb. 127 reytinq xalına malik qadınlardan ibarət komandamız bir pillə irəliləməklə, 26-cı yerə yüksəlib. Bu siyahıya Çin voleybolçuları başçılıq edir. Kişi voleybolçuların cədvəlində isə yığmamız mövqeyini qoruyub. 101 xalı olan seçməmiz dünyada yenə 58-cidi. Bu siyahıda isə Braziliya liderdir.
Vəfa Şairova