Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs tutuldu
Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs Azərbaycanda həbs edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Əliyev Yusif Sultan oğlu barədə həbs qətimkan tədbiri seçildiyi məlum olub. Yusif Əliyevə elan edilmiş ittihama əsasən, onun sosial şəbəkələrdə müxtəlif qapalı qruplar yaradaraq topladığı pul vəsaitlərini xarici ölkələrə köçürdüyü müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Vüsalə Cənnətova