Beynəlxalq təşkilatların rəhbərlərinə Gəncə terroru barədə məlumat verilib
2020-10-17 16:03
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir azərbaycanlı mülki əhali arasında çoxsaylı itkilərin və yaralıların olması ilə əlaqədar qarşı tərəfə məlumat verib. Cinayətin bütün məsuliyyətinin Ermənistanın üzərində olduğu diqqətə çatdırılıb.
Fərid Mehdiyev